Ərzaqlar:


1kq toyuq əti
10 ədəd kartof
1,5 st süd
1 paket qaymaq
100 q kaşar ya da holland pendiri
50 q kərə yağı
4-5 x.q duru yağ
1 diş sarımsaq
Duz
Istiot

Hazırlanması:

Toyuğun ətini xırda doğrayıb yuyub suyunu süzürük.

Üstünə 1 st süd,duru yağ, duz, istiot töküb qarışdırıb 4-5 saat saxlayırıq.

Qaymağın üstünə sarımsağı əzib tökürük az duz əlavə edib qarışdırıb qoyuruq bir kənara.

Kartofun qabığını soyub yuduqdan sonra iki bölüb qazanda üstünə su töküb bişiririk.

Bişmiş kartofu əzib üstünə yarım st südü və yağı əlavə edib qarışdırırıq. Zövqə görə duz və istiotunu da əlavə edirik.

Qaba birinci toyuğu süddən çıxarıb düzürük.

Üstünə sarımsaqlı qaymağı yayırıq.

Onun üstündəndə kartof əzməsini töküb yayırıq.

200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Sonra çıxarıb pendiri sürtgəcdən keçirib üstünə səpirik.

Yenidən sobaya qoyuruq. Pendir əriyib qızılı rəngdə olanda götürürük.

İsti yeməyi süfrəyə veririk.

Nuş olsun!

Comments

comments