Ərzaqlar:

1,5 kq toyuğun bud dibi əti (toyuq əti)

2 x.q pomidor məti (tomat)

2 x.q alça turşusu

1/3 st zeytun yağı

3 x.q qatıq

Duz

Istiot

Hazırlanması:

Toyuğun ətini təmizləyib yuyuruq.

Ətin üstünə qatıq, pomidor məti, turşu, zeytun yağı,duz və istiot töküb qarışdırırıq.

Bu qarışığı axşamdan düzəldib sabahı bişirsəniz daha dadlı olur.Qarışığı ən azı 2 saat saxladıqdan sonra qaba kağız sərib yan yana yığırıq.

200-220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Bir tərəfi qızardıqda o biri üzünü çeviririk.Qızarmış toyuq ətini isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments