Ərzaqlar:
500 q vermişel (1 paket)
4-5 ədəd sosiska
2-3 x.q əridilmiş kərə yağı
3 ədəd yumurta
3 ədəd pomidor
1 ədəd şirin bibər
100 q kaşar pendir
2 st süd
Duz
Istiot
Hazırlanması:
Südə yumurta, duz və istiot töküb qarışdırırıq.
Bibəri və pomidoru yuyuruq. Pomidorun qabığını soyub 4 bölüb doğryırıq. Bibəri də nazik doğrayırıq.
Sosiskaları halqa doğrayırıq.
Pendiri sürtgəcdən keçiririk.
Vermişeli duzlu suda bişirib süzürük. Süzülmüş vermeşelə yağı töküb qarışdırırıq.
Vermeşeli qaba tökürük.
Üstünə süd qarışığını tökürük.
Üstünə pomidoru, bibəri və sosiskanı yığıb duz səpirik.
Pendiri də üstünə səpib 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.
Üzü qızaranda götürürük.
Nuş olsun!