Ərzaqlar:
300 q çəkilmiş ət
4-5 ədəd qabaq
2 ədəd pomidor
1 ədəd baş soğan
2 diş sarımsaq
1 x.q bibər tomatı
1 x.q pamidor tomatı
100 q sarı pendir
Duru yağ(qızartmaq üçün)
Duz
Istiot
Hazırlanması:
Soğan ilə sarımsağın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Çəkilmiş ətin üstünə doğranmış soğan ilə sarımsağı töküb 5-10 dəqiqə qarışdırırıq. Üstünə 3-4 x.q duru yağ, bibər ilə pomidor tomatını, duz və istiotu töküb yenidən qarışdırırıq. Ətin tam bişməsi üçün üstünə azca su töküb vam odda bişməyə qoyuruq. Suyu çəkilib yağa düşəndə ocaqdan götürürük.
Qabaqları yuyub halqa doğrayırıq.
Tavada qızdırılmış yağda hər iki üzünü qızardırıq. Üstünə duz səpirik.
Pendiri sürtgəcdən keçiririk.
Pomidoru yuyub halqa doğrayırıq.
Qaba qızarmış kabak dilimlərinin yarısını düzürük.
Üstünə bişmiş qiyməni tökürük.
Qiymənin üstünə pendirin yarısını səpirik.
Pendirin üstündən qalan kabak dilimlərini düzürük.
Kabakın üstünə pomidor dilimlərini düzürük.
200 dərəcə qızdırılmış sobada pomidorlar bişənədək bişiririk. Sonra üstünə çıxarıb, qalan pendiri səpib, 3-5 dəqiqə kimi qoyub pendir bir az rəngini dəyişən kimi götürürük.
Yeməyi isti-isti süfrəyə veririk.
Nuş olsun!