Ərzaqlar:
500 q çəkilmiş qoyun ya da mal əti
12 ədəd orta kartof
3 x.q zeytun ya da bitki yağı
2 ədəd baş soğan
1 x.q pomidor məti (tomat)
3 ədəd pomidor
Duz
Istiot
Üstü üçün:
1 x.q un
2 x.q əridilmiş kərə yağı
1 st süd
150 q holland pendiri
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Soğanın üstünə zeytun yağını əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Qiyməni əlavə edib suyu çəkilənədək qarışdırıb qovururuq.
Pomidorun qabığını soyub xırda doğrayırıq.
Doğranmış pomidoru qiyməyə əlavə edirik. 2-3dəqiqə sonra pamidor mətini də əlavə edib qovururuq.
Hazır olmağa yaxın duz istiotunu əlavə edib qarışdırıb götürürük.
Kartofun qabığını soyub yuduqdan sonra doğrayırıq. Qaba kartofu yayıb üstünə az duz və istiot səpirik.
Sonra qovurduğumuz qiyməni kartofun üstünə töküb yayırıq.
Üstü üçün sosu hazırlayırıq.
Kərə yağını tavaya töküb qızdırırıq. Sonra unu əlavə edib qızılı rəngdə olanadək qovururuq. Hazır olan kimi südü töküb dayanmadan 2-3 dəqiqə qarışdırırıq. Kütlə bir az qatılaşacaq. Onda sosu götürürük.
Hazır sosu qiymənin üstünə töküb yayırıq.
180 dərəcə qızdırılmış sobada kartof bişənədək bişiririk.
Pendiri sürtgəcdən keçiririk.
Sürtgəcdən keçirilmiş pendiri yeməyin üstünə səpib yenidən sobaya qoyuruq.
10-15 dəqiqə sonra yeməyi sobadan götürürük.
Zövqə görə bəzəyib süfrəyə veririk.
Nuş olsun!