Ərzaqlar:
1 ədəd balıq
1 ədəd nar
1 baş soğan
1/4 st bitki yağı
Duz
İstiot
Hazırlanması:
Narı dənələyirik.
Soğanı doğrayırıq.
Balığı təmizləyib, doğrayırıq. Doğranmış balığa soğanı, narı, duzu və istiotu töküb, qarışdırırıq.
Qaba falqa kağızı sərib yağlayıb, balığı yığırıq. Qalan yağı üstünə tökürük.
Kağızları hər tərəfdən içəri doğru qatlayıb, balığın üstünü örtürük.
200 dərəcə qızdırılmış sobada tam qızarana qədər bişiririk. 30 dəq. sonra üzərini açıb açıq bişiririk.
Balıq qızartması narlı soğanla ya da nar şərabla (hazır istehsal) ya da nar, alça, turş gilas və göyəm şərabları (Qeyd: bu şərablar keçmişdən bu dövrümüzə qədər gələn turşu növləridir. Bu şərablar qatı şəkildə olur) ilə süfrəyə verilir.
Nuş olsun!