Ərzaqlar:
1 kq toyuq əti
6-7 ədəd kartof
1 ədəd baş söğan
2-3 diş sarımsaq
2 x.q ketçup
2 x.q mayonez
Duz
Istiot
2-3 x.q birki yağı
Hazırlanması:
Soğan ilə sarımsağın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Kartofun qabığını soyub yuduqdan sonra qalın uzunsov doğrayırıq.
Toyuq əti ilə doğranmış kartofun üstünə mayonez, ketçup, soğan, sarımsaq, duz və istiotu əlavə edib qarışdırırıq.
Qabı yağlayıb qarışığı qaba töküb bərabər yayırıq.
180-200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Arada bir tərəfi qızardıqda o biri tərəfini çeviririk.
Hazır yeməyi qaba yığıb isti-isti süfrəyə veririk.
Nuş olsun!