Ərzaqlar:
1 kq bud dibi ,1 baş soğan, 3 x.q suxarı, 1/3(üçdə bir) st su, duz, istiot, qızartmaq üçün duru yağ
Üstü üçün:
100 q pendir
Püresi üçün:
6-7 ədəd kartof, 1/2 (yarım) st süd, 50 q kərə yağı, duz, istiot
Hazırlanması:
Kartofun qabığını soyub yuduqdan sonra iki ya üç bölüb qazana yığırıq.
Üstünə çıxanadək su töküb tam bişənədək bişiririk.
Bişib hazır olanda əzirik.
Üstünə yağı töküb qarışdırırıq.Sonra südü və zövqə görə duz və istiotu töküb qarışdırırıq. Püremiz hazırdır.
Kotlet üçün buddibini sümüyündən ayırıb ət maşınından keçiririk. Soğanı da ət maşınından keçiririk. Üstünə suxarını, zövqə görə duz və istiotu töküb qarışdırırıq. Suyu da əlavə edib tam qarışdırırıq.
Tavada yağı qızdırıb kotlerləri şəkildəki kimi formada və ölçüdə bişiririk.Hər iki üzünü qızardırıq. Ətin hamısını bu şəkildə bişirib hazır edirik.
Soba qabına kotletləri düzürük.
Üstünə püredən qoyuruq.
Sonra pendiri sürtgəcdən keçirib səpirik.
200 dərəcə qızdırılmış sobada pendir qızılı rəngdə olanadək bişirib götürürük. Yeməyi isti-isti süfrəyə veririk.
Nuş olsun!