Ərzaqlar:
500 q makaron (1 paket)
2 ədəd baş soğan
3-4 dəstə ispanaq
2 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Beşamel sos üçün:
2 st süd
2 x.q un
2 x.q əridilmiş kərə yağı
Hazırlanması:
Soğanın qabığını soyub xırda doğrayırıq.
Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.
İspanağı təmizləyib yuyub xırda doğrayırıq. Doğranmış ispanağı soğanın üstünə əlavə edib 3-5 dəqiqə qovururuq. Zövqə görə duz və istiot da tökürük.
Sos üçün yağ ilə unu az qovururuq. Südü əlavə edirik qatılaşır götürürük.
Makaronu duzlu suda bişirib süzürük.
Qabı yağlayıb makaronon yarısını tökürük.
Sonra ispanaq qovurmasını tökürük.
Sonra qalan makaronu tökürük.
Makaronun üstünə sosu yayırıq.
200 dərəcədə qızdırılmış sobada üzü az qızaranadək bişiririk.
Yeməyi isti-isti süfrəyə veririk.
Nuş olsun!