(Türk mətbəxi)
Ərzaqlar:

1 ədəd orta ölçülü gül kələmi
300 q bişmiş qiymə (çəkilmiş ət 300 q, 1 baş soğan,yağ, duz, istiot ilə qovrulmuş)
Duz
İstiot
Beşamel sos üçün:
2 x.q yağ
2 x.q un
2 st süd
Duz
İstiot
Üzü üçün:
100 q kaşar ya da holland pendir

Hazırlanması:
Beşamel sosu düzəldirik. Unu yağda qovurub üstünə südü əlavə edirik. Qarışdırırıq. Qatılaşanadək bişiririk. Duz və istiotunu tökürük. Qoyuruq bir kənara.

Gül kələmini əlimiz ilə xırdalayırıq. Sonra yuyuruq.

Gül kələmini suda az bişirib süzürük.

Soba qabına yığırıq. Üstünə zövqə görə duz və istiot tökürük.

Üstünə qiyməni əlavə edirik.

Beşamel sosu üstünə tökürük.

Pendiri sürtgəcdən keçirib üstünə səpirik.

200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments