Ərzaqlar:

7 yumurta

1,5 st un

1 x.q nişasta

1 st şəkər tozu

1 paket vanil

 Krem üçün:

200-220 q kərə yağı

1 banka qatılaşdırılmış süd

1 paket vanil

Şəkər xəmiri üçün:

400-450 q konfet (yumşaq konfet-marshmallow)

450-500 q şəkər kirşanı

15-20 q kərə yağı

Müxtəlif qida boyaları

Hazırlanması:

Şəkər xəmirini hazırlamaq üçün baxın: [url=http://resept.az/Seker-xemirinin-hazirlanmasi-5620.html]Şəkər xəmirinin hazırlanması[/url]

Yumurtanın ağını sarısından ayırıb ağını köpüklənənə qədər mikserlə çalırıq.

Şəkər tozunu az-az əlavə edib yenə mikserlə çalırıq.

Yumurtanın sarısını əlavə edib çalırıq.

Nişastanı və vanili əlavə edib çalırıq.

Ələnmiş unu az-az töküb qaşıqla qarışdırırıq.

Diametri 26 sm olan qabı yağlayıb unlayırıq xəmiri tökürük. 180 dərəcədə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk. Bişən kimi çıxarmayın.Sobanı söndürün 5-10 dəqiqə içində qalsın.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuyanda bıçaqla iki yerə bölürük.

Kremi hazırlamaq üçün baxın: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]Qatılaşdırılmış süd ilə yağlı krem[/url]

Layın birini kemləyirik.

Sonra ikinci qatı qoyub kremləyirik. Tortun üstünü və yanlarını kremləyirik.

Tortu süfrəyə verməzdən qabaq bəzəyirik. Hazırladığımız şəkər xəmirindən qalın yuxa kimi yayıb tortun üstünə səririk.

Xəmiri qoyandan sonra yanlarını üstünü düzəldirik. Yanda qalan artıq hissəni kəsib götürürük.

Sonra istədiyimiz kimi tortu bəzəyirik.

Nuş olsun!

Comments

comments