Ərzaqlar:


1 st tel şəhriyyə(xırda vermeşel)1 ədəd baş soğan
2 ədəd pomidor
2 x.q əridilmiş kərə yağı
Balaca dəstə şüyüd(ya da nanə)
Duz
Istiot
4 st su( ya da ət suyu)

Hazırlanması:

Təmizlənib yuyulmuş soğanı xırda doğrayırıq.

Üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Doğranmış pomidoru qovrulmuş soğanın üstünə töküb suyu çəkilənədək qovururuq.

Sonra üstünə suyu(ət suyunu) əlavə edirik.

Su qaynamağa başlayanda tel şəhriyyəni tökürük və qarışdırırıq.

Tel şəhriyyə bişdikdə zövqə görə yeməyin duz və istiotunu əlavə edirik.

Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq. Şorbanı süfrəyə verdikdə üstünə xırda doğranmış şüyüd səpirik.

Nuş olsun!

Comments

comments