Ərzaqlar:


1 paket vermeşel ya da makaron, 4-5 ədəd badımcan, 2 ədəd pomidor, 1 ədəd bibər, 2 ədəd baş soğan, 2-3 diş sarımsaq, 5 x.q duru yağ, 2 x.q əridilmiş kərə yağı, duz, istiot

Hazırlanması:

Badımcanı nazik uzun doğrayıb üstünə duz səpib qoyuruq 15-20 dəqiqə qalsın.

Təmizlənib yuyulmuş sarımsaq ilə soğanı xırda doğrayırıq.

Bibəri təmizləyib yuyub doğrayırıq.

Soğan ilə sarımsağın üstünə əridilmiş kərə yağınıı əlavə edib qızılı rəngdə olanadək qovururuq. Sonra üstünə doğranmış bibəri əlavə edirik. 2-3 dəqiqə qovururuq.

Pomidorun qabığını soyub xırda doğrayırıq.

Doğranmış pomidoru soğanın üstünə töküb suyu çəkilənədək qovururuq.


Badımcanın sıxıb acı suyunu çıxarıb yuyuruq. Üstünə az duz səpib duru yağda qızardırıq.

Qızartdığımız badımcanı pomidorlu soğançanın üstünə töküb qarışdırırıq. 3-5 dəqiqə qarışdırıb götürürük. Zövqə görə üstünə duz və istiot səpirik.

Düzlu suda vermeşeli bişirib süzürük.

Süzülmüş vermeşelə duru yağdan töküb qarışdırıb qaba tökürük.

Üstünə hazırladığımız badımcanı tökürük və isti-isti süfrəyə veririk. Yeməyin yanında süfrəyə qatıq da verilir.

Nuş olsun!

vermeşel, badımcan qovurması necə hazırlanır, qovurma hazırlama, vermeşel sousu necə hazırlanır,

Comments

comments