Ərzaqlar:
1,5 kq toyuğun bud dibi əti (toyuq əti)
1/3 st zeytun yağı
9-10 ədəd sarımsaq
Duz
Istiot
əlavə duru yağ qızartmaq üçün
Hazırlanması:
Toyuğun ətini təmizləyib yuyuruq.
Ətin üstünə sarımsağı əzib tökürük sonra zeytun yağı, duzu və istiotu töküb qarışdırırıq.
Bu qarışığı axşamdan düzəldib sabahı qızartmaq lazımdır.
Tavaya duru yağdan töküb qızdıqdan sonra toyuğun ətini düzürük.
Hər iki tərəfini qızardırıq. Toyuq əti normal odda bişirilməlidir ki həm qızarsın həm də tam bişsin.
Bir tərəfi qızardıqda o biri üzünü çeviririk.Qızarmış toyuq ətini isti-isti süfrəyə veririk.
Nuş olsun!