Ərzaqlar:

Xəmiri üçün:

200 q kərə yağı

1,5 st un

4/5 st şəkər tozu

4 ədəd yumurta

1 paket qabartma tozu

Arası üçün:

6 ədəd şaftalı

Üstü üçün:

200 q xama

2 x.q şəkər tozu

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu qarışdırırıq.

Yumurtanı əlavə edib yenə qarışdırırıq.

Qabartma tozunu və unu əlavə edib qarışdırırıq.

Şaftalını yuyub qabığını soyub xırda doğrayırıq.

Diametri 28 sm olan qab götürüb kərə yağı ilə yaxşı yağlayırıq.

Xama ilə şəkər tozunu yaxşı qarışdırırıq.

Xəmiri qaba töküb yayırıq. Üstünə doğradığımız şaftalını tökürük.Onun üstünə də xama qarışığını töküb yayırıq.

170-180 dərəcədə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Soyuq olanda doğrayıb süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments