Ərzaqlar:
3 ədəd yumurta
1 st. şəkər tozu
1 st. süd
½ st. duru yağ
1 paket vanil
1 paket qabartma tozu
2,5 st. un
Hazırlanması:
Yumurta ilə şəkər tozunu mikser ilə ağaranadək çalırıq.
Sonra yağı əlavə edib çalırıq. Ardınca südü əlavə edib çalırıq.
Vanili, qabartma tozunu və unu əlavə edib tam qarışanadək çalırıq.
Soba qabını yağlayıb xəmiri tökürük.
170-180 dərəcə qızmış sobada 45 dəqiqəyə bişiririk.
Nuş olsun!