Ərzaqlar:

3 ədəd yumurta
1 st şəkər tozu
1 st xama
2 st un+2x.q un
1 paket vanil
1 paket qabartma tozu

Hazırlanması:

Yumurtanı mikserlə çalırıq.

Üstünə şəkər tozu və vanili əlavə edib qatı olanadək çalırıq.

Xamanı əlavə edib çalırıq.

Unu və qabartma tozunu əlavə edib tam qarışanadək çalırıq.

Xəmiri qablara tökürük.

180 dərəcə qızmış sobada 40 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments