Ərzaqlar:
2 ədəd yuxanın kəsilmiş əriştəsi
2 x.q əridilmiş kərə yağı
4-5 ədəd sarı alça qurusu
Ç.q ucunda sarıkök
Duz
İstiot
6 st ət ya da toyuq suyu
Hazırlanması:
Əriştəni hazırlamaq üçün baxın:[url=http://resept.az/Eriste-xemiri-7765.html]Eriştə xəmiri[/url]
Qazana ət suyunu tökürük. Qaynayanda içinə yağı, sarıkökü və turşunu əlavə edirik. 5 dəqiqə kimi qaynayır. Əgər ətin suyu çox yağlıdırsa yağ tökməyin.Sonra əriştəni əlavə edib qarışdırırıq.
Əriştə bişəndə üstünə zövqə görə duz və istiot əlavə edirik.Hazır yeməyi qablara çəkib süfrəyə veririk.
Nuş olsun.