Ərzaqlar:
3/4 st əridilmiş kərə yağı
2 st un
1/3 ç.q sarıkök
1/3 ç.q darçın
1/3 ç.q duz
8 st qaynadılmış soyuq su
Şəkər kirşanı ya da şəkər tozu
Hazırlanması:
Yağı bir tavaya töküb istidirik.
Unu yağın üstünə əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Zövqə görə duzunu və sarıkökünü tökürük.
Sonra qaynar su töküb tez-tez qarışdırırıq. Kütlə şişəcək. Elə qazan götürün ki, böyük və dərin olsun. Həm də suyu tökəndə ehtiyatlı olun.
Yağ üzünə çıxanda vam odda dəm almağa qoyuruq.
Dəm alanda altı qazmaq tutacaq. İstəsəniz qazmaq tutduqca çevirin qalan hissələri də qazmaq tutsun.
Quymağı qablara yığıb üstünə şəkər kirşanı ya da şəkər tozu və darçın səpib süfrəyə veririk.
Nuş olsun!