Ərzaqlar:

200 q ət

100 q pendir

1 ədəd tutma xiyar

3 ədəd yumurta

1 baş qırmızı soğan

Mayonez

Cəfəri

Duz (Əgər tutma xiyar çox duzlu olsa onda duz tökmək lazım deyil)

İstiot (Zövqə görə)

Hazırlanması:

Əti duz töküb suda bişiririk. Soyuduqdan sonra əlimizlə uzun didirik.

Yumurtanın sarısını ağından ayırıb bəzəmək üçün saxlayırıq. Ağını isə sürtgəcin böyuk gözündən keçiririk.

Pendiri sürtgəcin böyuk gözündən keçiririk.

Tutma xiyarı sürtgəcin böyuk gözündən keçiririk.

Soğanı iki bölüb nazik doğrayırıq. Doğranmış soğanı 10-15 dəqiqə isti suda saxlayırıq.
Sonra soyuq suda soyudub, salfet ilə qurulayırıq.

Düz boşqab götürürük. Ortasına stəkan qoyuruq.

1-ci əti töküb az istiot səpib mayonezləyirik.

2-ci tutma xiyarı tökürük.

3-cü soğanı töküb az mayonezləyirik.

4-cü yumurtanı töküb, az duz səpib, mayonezləyirik.

5-ci pendiri tökürük.

Pendiri səpdikdən sonra stəkanı çıxardırıq.
Salatın ortasına cəfəri yarpaqları qoyub üstünə yumurta sarılarını yerləşdiririk.

 Nuş olsun!

Comments

comments