Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:

3 st uzun düyü

500 q şabalıd

1 kq qoyun əti

3 baş soğan

3 x.q əridilmiş kərə yağı

7-8 ədəd qaysı

7-8 ədəd albuxara

2/3 st kişmiş

sarıkök ya da zəfəran

Limon duzu

Duz

İstiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

Hazırlanması:

Qoyun ətini balaca tikələrə bölüb suda tam bişiririk.

Soğanı qızılı rəngdə olana qədər yağda qovururuq.

Əti soğanın üstünə əlavə edib qovururuq. Üstünə duz ,istiot,sarıkök və limon duzu səpirik.

Qaysını və  kişmişi yağda qovururuq.

Şabalıdı təmizləyirik. Bax: [url=http://resept.az/Sabalidin-temizlenmesi-2818.html]Şabalıdın təmizlənməsi[/url]  Təmizlənmiş şabalıdı yağda duz töküb qovururuq.

Albuxaranı yuyub yumşalması üçün 10-15 dəqiqə isti suda saxlayırıq. Sonra onu da yağda qovururuq.

Böyük qazana su tökürük. Suya duz tökürük. (7 litrlik qazana 3-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk. Düyünü tökən kimi qarışdirin ki, bir-birinə yapışmasın. Düyü tam bişməmiş süzürük. Düyünün üstünə sarıkök səpirik. (ya da dəmlənmiş zəfəran tökürük.)

Qazmağı hazırlayırıq. Qatıq ilə yumurtanı çalırıq.

Qazana az yağ töküb əridirik.

Bişmiş düyü qarışığından az töküb qatıq qarışığı əlavə edib qazanın dibinə yayıb tarazlayırıq.
Üstünə az düyüdən tökürük.

Düyünün üstünə şabalıdı tökürük.

Şabalıdın üstünə az düyüdən töküb soğanlı əti tökürük.

Ətin üstünə yenə düyü tökürük və kişmiş ilə qaysı qovurmasını və albuxaranı tökürük.

Qalan düyünü də əlavə edib yağ töküb aşı dəm almağa qoyuruq. Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı. Süfrəyə verdikdə plov boşqaba təpəcik şəklində yığılır üstünə qazmaq qoyulur və yağ tökülür.

Nuş olsun!

Comments

comments