Ərzaqlar:
10 ədəd əncir qurusu
10 ədəd xurma
10 ədəd qaysı
3 x.q bal
1/2 st qoz ləpəsi
1/2 st qara kişmiş
Hazırlanması:
Ənciri, qaysını, xurmanı və qara kişmişi təmizləyib yuyuruq.
Qurudub ət maşınından keçiririk.
Balı əlavə edib qarışdırırıq.
Qoz ləpəsini sürtgəcdən keçiririk.
Qarışıqdan bir çay qaşığı ya da bir xörək qaşığı əlimizə alıb yumrulayırıq və hər bir tərəfini qoz ləpəsinə batırıb düz qaba yığırıq.
Bu şəkildə kütlənin hamısını düzəldirik.Soyuducuda 1 saat saxladıqdan sonra çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!