Ərzaqlar:
1 st çəkimiş qoz ləpəsi, 1 paket qurabiyə, 2/3 (üçdə iki)banka bişmiş qatılaşdırılmış süd, şokalad
Hazırlanması:
Qurabiyəni blenderdə əzirik.
Qurabiyəni, çəkilmiş qoz ləpəsini və qatılaşdırılmış südü töküb qarışdırırıq.Sonra 10 q olan toplar düzəldirik. Hazırladığımız topları iki növdə hazırlayırıq.Topları əridilmiş şokalada batırıb yığırıq.Üstünə zövqə görə doğranmış ləpə ya da kakos səpirik.Soyuducuya qoyuruq. Bir neçə saat sonra süfrəyə veririk.
Nuş olsun!