Ərzaqlar:
1 st çəkimiş qoz ləpəsi
1 paket qurabiyə
2/3 banka bişmiş qatılaşdırılmış süd
şokalad (ağ və tünd)
Hazırlanması:
Qurabiyəni blenderdə əzirik.
Qurabiyəni, çəkilmiş qoz ləpəsini və qatılaşdırılmış südü töküb qarışdırırıq.
Sonra 10 q olan toplar düzəldirik.
Şokaladları ayrı-ayrı qablarda əridib şokaladı düzəldəcəyimiz qablara çəkirik.
Topları qaba yığırıq.
Qalan şokalad ilə üstünü örtürük.
Bir iki saat soyuducuda saxlayıb sonra çıxardıb qablara yığıb çay süfrəsinə veririk.
2
Nuş olsun!