Ərzaqlar:
1/2 st qoz ləpəsi
1/2 st kişmiş
1/2 st şəkər tozu
2 ədəd yumurta
200 q xama
100 q kərə yağı
2,5 st un
1 paket qabartma tozu
Hazırlanması:
Yumşaq kərə yağı ilə şəkər tozunu mikserlə çalırıq.
Yumurtanı əlavə edib yenə mikserlə çalırıq.
Xamanı əlavə edib mikserlə çalırıq.
Qabartma tozunu əlavə edib mikserlə çalırıq.
Unu əlavə edib taxta qaşıqla qarışdırırıq.
Qoz ləpəsini doğrayıb və kişmişi yuyub qurulayıb tökürük. Yenə taxta qaşıqla kütləni qarışdırırıq.
Qabı kərə yağı ilə yağlayırıq.
Xəmiri qaba tökürük.
170-180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
İlıq olanda qabdan çıxardırıq. Tamam soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!