Ərzaqlar:

Xəmir üçün:

250 q kərə yağı

250 q xama

4-4,5 st un

1 paket qabartma tozu

1 paket vanil

1/2 ç.q duz

İç üçün:

3 st şəkər tozu ilə qarışdırılmış qoz ləpəsi

Üz üçün:

1 ədəd yumurta

Hazırlanması:

Unu qaba töküb yağla ovuruq.

Xamanı qabartma tozunu, duzu və vanili əlavə edib xəmiri yoğururuq.

Yumşaq xəmir olur.

Xəmiri bərabər 3 hissəyə bölürük.

Xəmiri oval formada yuxa kimi 0,5 m.m qalınlıqda yayırıq.

İçlikdən 1 st üstünə səpirik.

Rulon kimi bükürük.

Ağzı dilikli bıçaqla bərabər hissələrə bölürük.

Qaba kağız sərib hazır kətələri düzürük.

Üstünə yumurta çəkirik.

200 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments