(Türk mətbəxi)

Ərzaqlar:

18 ədəd hazır paxlavalıq yuxa
250 q çəkilmiş qoz ləpəsi
200 q kərə yağı
Şərbət üçün:
2 st şəkər tozu
2 st su

Hazırlanması:

Yuxanın birini götürüb üstünə çəkilmiş qoz səpib oxlovla şəkildəki kimi bükürük.

Paxlavanı bişirəcəyimiz qaba bu şəkildə hamısını düzəldib yığırıq.

Bıçaqla kəsirik.

Üstünə əridilmış soyuq kərə yağını tökürük.

190 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Paxlava bişənə qədər şərbəti hazırlayırıq.
Şəkər tozu ilə suyu bir qaba töküb ocağa qoyuruq.
Qarışdırırıq. Qaynamağa başlayanda 5-10 dəqiqə kimi qaynadıb götürürük.
Qızarmış paxlavanı sobadan çıxarıb şərbəti üstünə tökürük.

Bu paxlavanı axşamdan hazırlayıb sabahı süfrəyə qoyuruq.

Nuş olsun!

Comments

comments