Ərzaqlar:

200 q xama

1 st un

1/3 st duru yağ

4/5 st şəkər tozu

100 q qovrulmuş qoz

1 paket qabartma tozu

Hazırlanması:

Xama ilə şəkər tozunu mikserlə çalırıq.

Yağı əlavə edib yenə çalırıq.

Unu və qabartma tozunu töküb tam qarışanadək çalırıq. Xəmir duru alınsa 0.5 st un əlavə edə bilərsiniz.

Sonra qoz ləpəsini bıçaqla doğrayıb tökürük və qaşıqla qarışdırırıq.

Xəmiri qablara tökürük. (8 ədəd alınacaq)

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.


Nuş olsun!

Comments

comments