Ərzaqlar:4 ədəd börək yuxası, 1 st süd, 1/2(yarım) st duru yağ (qarğıdalı ya da zeytun yağı), 2 ədəd yumurta (sarısı üzünə), 1 ç.q küncüt, 1 ç.q qara zirə

İçlik üçün:

300 q çəkilmiş ət, 2 x.q əridilmiş kərə yağı, 1 baş soğan, duz, istiot

Hazırlanması:

Adi qaydada qiyməni bişirib hazırlayırıq. Yuxaları 4 yerə bölürük.Südü, duru yağı və yumurtaların ağını dərin qaba töküb çalırıq.Kəsilmiş yuxaların birini götürüb südlü qarışıqdan çəkib şəkildəki kimi formaya sayıb içlikdən qoyub bükürük. Soba qabına yığırıq.Qalan süd qarışığını üstünə çəkirik.Yumurta sarısı çəkib, küncüt və qara zirə səpirik. 200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Nuş olsun!

Comments

comments

PAYLAŞ
Əvvəlki reseptRafaello 1
Sonrakı reseptBulka – Aygül Əliyevadan