Ərzaqlar:
2 ədəd hazır yuxa
1/2 st süd
1/3 st bitki yağı (İstəsəniz əlavə olaraq 1-2 x.q ərinmiş kərə yağı da tökə bilərsiniz.)
1 ədəd yumurta (sarısı üzünə)
Çörək otu
İç üçün:
500 q qiymə – Bax: [url=http://resept.az/Qiymenin-hazirlanmasi-1632.html]Qiymənin hazırlanması[/url]
Hazırlanması:
Südü, yağı və yumurta ağını çalırıq.
Yuxanın birini sərib südlü qarışıqdan isladırıq.
İkinci yuxanı qoyuruq. Onu da südlü qarışıqla isladırıq.
İslanmış yuxanı dörd hissəyə bölürük.
Qiyməni yuxanın enli tərəfinə tökürük.
Enli tərəfdən başlayaraq yuxanı rulon kimi bükürük.
Bükülmüş rulonu bir tərəfdən başlayaraq fırlada-fırlada gül formasında bükürük.
Qaba kağız sərib börəkləri yığırıq.
Üstünə yumurta çəkib çörək otu səpirik
220 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
Nuş olsun!