
Türk mətbəxi
Ərzaqlar:

250 q çəkilmiş ət
2 ədəd baş soğan
2 ədəd kartof
2 ədəd pomidor
2 diş sarımsaq
2 x.q əridilmiş kərə yağı
1 st göy noxud (konserv olunmuş)
2,5 st isti qaynadılmış su
Duz
Istiot
Hazırlanması:
Soğan ilə sarımsağı təmizləyib yuyub xırda doğrayırıq.

Tavada soğanı, sarımsağı və çəkilmiş əti 5-6 dəqiqə qovururuq.

Kartofun qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Pomidoru yuduqdan sonra qabığını soyub xırda doğrayırıq.

Qiyməni qovurduqdan sonra üstünə pomidor ilə kartofu əlavə edib 5-10 dəqiqə yenidən qovururuq.

Sonra üstünə suyunu töküb bişiririk.

Kartof bişməyə az qalanda göy noxudu tökürük. 10-15 dəqiqə bişirib götürürük.

Hazır olmağa az qalmış zövqə görə duz və istiotunu əlavə edirik.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!





























