Ərzaqlar:

100 q kərə yağı
1 st süd
1 st un
Bir çimdik duz
4 ədəd yumurta

Krem üçün:

500 q qaymaq (33%-li)
4 x.q şəkər pudrası
1 paket vanil

Hazırlanması:

Kremi hazırlamaq üçün bax: [url=http://resept.az/qaymaqli-krem-2-8528.html]Qaymaqlı krem[/url]
Eklerin xəmirini hazırlamaq üçün südü qazana töküb isidirik. İçinə bir çimdik duz tökürük. Kərə yağını əlavə edib qarışdırırıq.

Kərə yağı tam qarışıb qaynamağa başlayanda unu töküb qarışdırırıq.

Ocağın altını vam oda qoyub 3 dəqiqə kimi qarışdırırıq.
Sonra qoyuruq soyusun.
İlıq olanda yumurtaları sındırıb mikserlə ya da əl ilə qarışdırırıq.

180 dərəcə qızmış sobada qızaranadək bişiririk.
Sobadan çıxarıb soyumağa qoyuruq.

Tam soyuduqdan sonra içinə krem yığırıq.

Zövqə görə üstünə şəkər pudrası ya da şokolad əridib tökə bilərsiniz.

Nuş olsun!

Comments

comments