Ərzaqlar:6 ədəd güllaç yarpağı, 4 st süd, 1 st şəkər tozu, 1/3 st gül suyu, 200 q qaymaq, fıstıq və albalı

Hazırlanması:

Südü qaynadıb ocaqdan götürürük. Üstünə şəkər tozunu töküb tam həll olanadək qarışdırırıq. Gözləyirik ilıq olsun.Sonra gül suyunu əlavə edib qarışdırırıq.
Güllac yarpaqlarını mətbəx qayçısı ilə 4 yerə bölüb yığırıq.
Bir sıra güllac yarpağını qaba yığıb üstünə süddən tökürük.

Yenə bir sıra yığıb süd tökürük.
Qaymağı ara-ara tökürük. Fıstıq ləpəsini səpirik.
Qalan güllac yarpaqlarını yenə qat-qat yığıb süd ilə isladırıq.
Üstünü albalı və fıstıqla bəzəyirik.1-2 saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

güllaçın hazırlamması, güllacin hazırlanması, ramazan şirniyatı, ramazan tatlısı, evdə güllaç hazırlamaq

Comments

comments