Ərzaqlar:

5 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
1 paket vanil
1 banka bişmiş qatılaşdırılmış süd
50 q qovrulmuş qoz ləpəsi

Hazırlanması:

Yumurtanı çalırıq.

Şəkər tozunu əlavə edib ağaranadək çalırıq.

Unu, qabartma tozunu və vanili əlavə edib tam qarışanadək çalırıq.

Soba qabına kalka kağızı sərib xəmiri töküb yayırıq.

180 dərəcə qızmış sobada 15-20 dəqiqəyə bişiririk.

Sobadan çıxaran kimi isti-isti bükürük.
Tamam soyuduqdan sonra arasına qatılaşdırılmış südü çəkirik.
Qoz ləpəsini xırda doğrayıb səpirik.

Bükürük. Baş hissələrini kəsib götürürük.

Üstünə də qatılaşdırılmış süddən çəkib qoz ləpəsi tökürük.

Nuş olsun!

Comments

comments