Ərzaqlar:


1 ədəd qırmızı çuğundur
2 ədəd kartof
2 ədəd kök
1 balaca baş qırmızı soğan
1 balaca dəstə cəfəri
1 ədəd balaca banka qarğıdalı
5 x.q zeytun yağı
Duz

Hazırlanması:

Çuğunduru, kökü və kartofu suda bişirib soyuduqdan sonra qabığını soyuruq.
Çuğunduru balaca kub şəkildə doğrayırıq.

Kartofu balaca kub şəkildə doğrayırıq.

Kokü kub şəklinda balaca doğrayırıq.

Soğanı təmizləyib, yuyub, dörd bölüb, nazik doğrayırıq.

Doğradığımız ərzaqları və qarğıdalını yuyub dərin bir qaba tökürük. Cəfərini də yuyub, xırda doğrayırıq.

Üstünə zövqə görə duzu və yağı əlavə edib qarışdırırıq.

Salatımız hazırdır.

Nuş olsun!

Comments

comments