(Qubadlı mətbəxi)

Ərzaqlar:


4 st uzun düyü
500 q ət
250 q noxud
150 q kişmiş
4-5 x.q əridilmiş kərə yağı
2 ədəd baş soğan
ç.q ucunda limon duzu
Sarıkök
Duz

Hazırlanması:

Düyünü yuyub ilıq suda islağa qoyuruq. Suyuna duz tökürük.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Əti yuyub, üstünə su töküb, ocağa qoyuruq. Kəfini yığdıqdan sonra xırda doğranmış soğanın birini ətin suyuna tökürük.Duz da əlavə edib bişiririk. Hazır olduqda sudan çıxardırıq.
Soğanın birinin üstünə duz səpib əlimizlə əzib açı suyunu çıxarırıq.
Bişib qabığı təmizlənmiş noxudu yağda üstünə az duz səpib 3-5 dəqiqə qovururuq.

Kişmişi təmizləyib, yuyub, üstünə az yağ töküb 3-5 dəqiqə qovururuq.

Sonra ikisini bir qabda qarışdırırıq. Zövqə görə istəsəniz noxub ilə kişmişi qovurmamaış plovda bişirə bilərsiniz.

Düyünü bişirmək üçün suyu qaynadırıq. Suya duz və limon duzu əlavə edirik. Düyünü töküb qarışdırıb ç.q ucunda sarıkök tökürük.

Düyünü yarıhazır vəziyyətdə bişirib süzürük.

Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik.

Süzülmüş düyüdən az töküb yayırıq.

Əti tökürük.

Üstünə soğanı sıxıb tökürük .

Düyüdən az tökürük.

Sonra kişmiş ilə noxudu əlavə edirik.

Qalan düyünü tökürük.
Düyünün üstünə yağ töküb plovu vam odda dəm almağa qoyuruq.

Plovumuz 45 dəqiqəyə ya da 1 saata dəm alacaq.

Plov hazır olduqda düyünü qaba çəkib üstünü bəzəyirik. Üstünə qaynar yağ töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments