Ərzaqlar:
4 ədəd şirin bibər(4 rəngdə)
300 q toyuğun döş əti
2 ədəd kök
1 ədəd tər xiyar
1 ədəd tutma xiyar
1 kiçik banka konserv olunmuş qarğıdalı
4-5 x.q zeytun yağı
Kiçik dəstə şüyüd
Duz
Istiot
Hazırlanması:
Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra nazik uzun hissələrə bölürük.
Kökü suda bişirib qabığını soyub nazik uzun doğrayırıq.
4 rəngdə bibərləri təmizləyib yuduqdan sonra nazik uzun doğrayırıq.
Tutma xiyarı nazik uzun doğrayırıq.
Tər xiyarı yuduqdan sonra qabığını soyub nazik uzun doğrayırıq.
Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.
Bütün ərzaqları bir qabda duz və istiot töküb qarışdırırıq.
Zeytun yağını əlavə edib qarışdırırıq.
Nuş olsun!