Ərzaqlar:

500 q lentvari makaron

300-400 q hazır bişmiş qiymə

5 ədəd pomidor

3 diş sarımsaq

1 dəstə şüyüd

2 x.q əridikmiş kərə yağı

3-4 x.q zeytun yağı

Duz

Istiot

Hazırlanması:

Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Sarımsağın qabığını soyub yuyub xırda doğrayırıq.

Şüyüdü təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Pomidoru bişməyə qoyuruq. Suyu çəkiləndə əridilmiş kərə yağını əlavə edib qovururuq.

3 dəqiqə pomidoru qovurduqdan sonra sarımsağı əlavə edirib az qovururuq.

Sonra hazır qiyməni əlavə edib 3-5 dəqiqə qovururuq.

Duzlu suda makaronu bişməyə az qalmış doğradığımız şüyüdü əlavə edib qarışdırıb süzürük. (Zövqə görə istəsəniz şüyüdü makaronu süzdükdən sonra da qarışdıra biərsiniz)

Süzülmüş makaronun üstünə zeytun yağı əlavə edib qarışdırırıq.

Hazır makaronu qaba yığıb üstünə hazırladığımız pamidorlu sarımsaqlı qiyməni töküb süfrəyə veririk.

Zövqə görə istəsəniz qatıq və döğranmış şüyüd ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Comments

comments