Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:

3 yumurta

100 q kərə yağı

1/2 st şəkər tozu

5 st un

1ç.q dolu quru maya

1ç.q duz

Su aparanadək

Iç üçün:

2 st un

1,5 st şəkər tozu

1 paket vanil

100 q kərə yağı

Üzü üçün:

1 ədəd yumurta

Hazırlanması:

Mayanın üstünə az ilıq su töküb qarışdırırıq 5-10 dəqiqə saxlayırıq köpür.

Unu bir qaba ələyirik. Üstünə duz, yumurta, şəkər tozu və mayanı tökürük. Yağı əridirik yağ ilıq olanda onu da unun üstünə əlavə edirik.

Aparanadək suyu da əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri isti yerdə 2-2,5 saat acımağa qoyuruq.

İndi isə içliyi hazırlayaq.

Yağı əridirik.

Yağ ılıq olanda üstünə şəkər tozunu və vanili əlavə edib əriyənə qədər qarışdırırıq.

Sonra unu əlavə edib yaxşı qarışdırırıq. İçliyimiz hazırdı.

Xəmir gəldikdən sonra 6 yerə bölürük.

Kündələri 1 sm qalınlıqda yayıb içlik qoyub bükürük.

Bükülən tərəfi alta çevirib yenidən yayırıq.

Hamısını bu şəkildə düzəldib yığırıq və 15-20 dəqiqə saxlayırıq.

Qaba kağız sərib (kağızsızda olar) kündələri yığırıq. Üzünə yumurta çəkib çəngəl ilə deştəkləyib naxış salırıq.

180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments