Ərzaqlar:


1 st qara qarağat
200 q kərə yağı
1 st şəkər tozu
4 ədəd yumurta
2 st un+ 1 x.q un
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Qara qarağatı təmizləyib yuyub süzgəcə qoyuruq suyu süzülsün.

Yumşaq yağ ilə şəkər tozunu və vanili tam qarışanadək çalırıq.

Yumurtanı əlavə edib çalırıq.


Qabartma tozunu və unu əlavə edib çalırıq.

Qara qarağatın üstünə 1 x.q unu əlavə edib qarışdırırıq.

Sonra xəmirə əlavə edib tam qarışanadəq qarışdırırıq.

Soba qabına keks qablarını qoyub xəmi tökürük. 12 ədəd alınacaq.
Sobanı 180 dəracədə qızdırıb keksləri bişməyə qoyuruq.
30-35 dəqiqəyə kekslər bişəcək.(Tam bişməsini yoxlamaq üçün çöplə yoxlaya bilərsiniz.)

Kekslər soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments