
Ərzaqlar:

1 toyuğun döş əti
1/2 st qoz ləpəsi
10 ədəd qara gavalı
Mayonez
Duz
Hazırlanması:
Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq.

Qozu bıçaqla doğrayırıq.

Qara gavalını xırda doğrayırıq.

Bütün ərzaqları az duz töküb, qarışdırırıq. Sonra mayonezləyirik.

Nuş olsun!






























