Ərzaqlar:
200 q kərə yağı
3 st un
2 ədəd yumurta (1 ədəd ağı üzü üçün)
2/3 st şəkər tozu
1/2 st şəkər kirşanı
1 x.q qarğıdalı nişastası
1 ç.q zəncəfil
1/3 ç.q darçın
1 paket qabartma tozu
Hazırlanması:
Yumşaq yağı şəkər tozu ilə çalırıq.
Sonra bir ədəd yumurtanın ağını kənara qoyub qalanlarını qarışığın üstünə töküb yenə mikserlə çalırıq.
Nişastanı əlavə edib çalırıq.
Zəncəfili, darçını və qabartma tozunu əlavə edib yenə çalırıq.
Unu əlavə edib əvvəl mikserlə aşağı sürətlə çalırıq.
Sonra qalan unu əlavə edib yumşaq xəmir düzəldirik.
Sonra xəmiri soyuducuya qoyub 30 dəqiqə saxlayırıq.
Xəmiri soyuducuya qoyduqdan sonra üz üçün bir ədəd yumurtanın ağını mikserlə bərkiyənədək çalırıq.
Sonra şəkər kirşanını əlavə edib yenə bərkiyənədək mikserlə çalırüq. Üzlük hazırdır.
Xəmiri soyuducudan çıxarıb uzununa yayıb kəsib eyni ölçülü kündələr düzəldirik. (22-23 kündə alınacaq)
Qaba kağız sərib kündələri yığırıq.
170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.
Bişmiş pryanikləri sobadan çıxaran kimi isti-isti şotka vasitəsi ilə üzlüyü (yumurta ağını) hər bir tərəfinə çəkirik.
Yumurta ağı quruyanadək saxlayırıq. Quruduqdan sonra çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!