Ərzaqlar:
2 st un
3 ədəd yumurta
150 q kərə yağı
2/3 st şəkər tozu
1 ədəd portakal
1 paket vanil
1 paket qabartma tozu
Hazırlanması:
Portakalı yuyub qurulayın qabığını sürtkəçdən keçiririk. Özünü sıxıb suyunu çıxardırıq.
Yumşaq kərə yağını vanil və şəkər tozu ilə mikserlə çalırıq.
Yumurtanı əlavə edib yenə mikserlə çalırıq.
Portakalın qabığını və suyunu əlavə edib aşağı sürətlə çalırıq.
Sonra qabartma tozunu və unu əlavə edib yenə aşağı sürətlə çalırıq.
Hazır xəmiri qaba töküb yayırıq. (Qabınız yapışan olsa qabı yağlayıb unlayıb sonra xəmiri tökə bilərsiniz)
180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.
İlıq olanda qabdan çıxardırıq.
Soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz. Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!