Ərzaqlar:

2/3 st şəkər tozu

6 ədəd yumurta sarısı

3,5 st un

100 q kərə yağı

3 x.q xama

1 paket qabartma tozu

1 portağal qabığı

Hazırlanması:

Yumurtanın sarısını mikserlə çalırıq.

Şəkər tozunu əlavə edib yenə mikserlə bərkiyənə qədər çalırıq.

Yumşaq kərə yağını əlavə edib çalırıq.

Xamanı və qabartma tozunu əlavə edib çalırıq.

Portağalı sürtgəcdən keçirib qabığını əlavə edib çalırıq.

Unu töküb yumşaq xəmir düzəldirik.

Xəmiri qalınlığı 1 sm. yayırıq.

Müxtəlif ağızlı kəsici alətlərlə kəsirik. Yandan çıxan xəmirləri yenidən yumrulayıb yayıb kəsirik. Xəmir qurtaranadək davam edirik.

Qaba kağız sərib kəsdiyimiz firurları yığırıq.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments