Ərzaqlar:
10 ədəd kartof
1 ədəd pomidor
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
1 ç.q pomidor məti(tomat)
Duz
Istiot
Hazırlanması:
Kartofun qabığını soyub yuduqdan sonra iki bölüb üstünə su töküb bişməyə qoyuruq.
Təmizlənib yuyulmuş soğanı xırda doğrayırıq. Üstünə yağ düz əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Pomidorun qabığını soyub xırda doğrayıb soğanın üstünə tökürük. Pomidor mətini də əlavə edirik .Suyu çəkilənədək qovururuq. Az duz və istiot səpirik.
Bişmiş kartofu əzirik.
Əzilmiş kartofu pomidorlu soğanın üstünə əlavə edib qarışdırırıq. Zövqə görə duz və istiotunu əlavə edib ocaqda 2-3 dəqiqə qarışdırıb götürürük.
Kartof əzməsini isti-isti süfrəyə veririk.
Nuş olsun!