Ərzaqlar:

Xəmir üçün:
100 q kərə yağı
½ st qatıq
½ st duru yağ
2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır)
1 paket qabartma tozu
1 ç.q duz
3,5 st un

Üstü üçün:
1 yumurta sarısı
Çörək otu
İçi üçün:
Pendir çəfəri

Hazırlanması:

Cəfərini təmizləyib yuyub doğrayıb pendir ilə qarışdırırıq.

Undan başqa xəmir üçün olan ərzaqları qaba töküb qarışdırırıq.

Unu əlavə edib qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmirdən balaca kündələr düzəldirik.

Kündənin birini götürüb şəkildəki kimi yayıb içlik qoyub bükürük.

Sonra bıçaqla kəsirik. Gül formasını alır.

Hamısını bu şəkildə düzəldirik.
Soba qabına kalka kağızı sərib yığırıq. Üzünə yumurta çəkirik.

Üstünə küncüt çörək otu səpirik.

180 dərəcə qızmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments