Yəqin ki,brokoli tez-tez istifadə etdiyimiz səbzilər arasında yer almır. Ancaq “göyərtilərin (səbzilərin) ən faydalısı hansıdır?” desək, birinci üçlükdə mütləq brokoliyə yer verməli
olacağıq. Məhz faydalı cəhətlərinə görə bu günə qədər brokoli haqqında 300-dən çox elmi araşdırma aparılmış və saymaqla bitməyən faydaları üzə çıxarılmışdır. Heç mübahisəsiz olaraq qəbul edilən ən əsas faydalı xüsusiyyətləri isə bunlardır:
 
1. Brokoli hüceyrə quruluşunu qoruyaraq bədəni xərçəng kimi hüceyrə quruluşunu dəyişdirərək inkişaf edən xəstəliklərə qarşı gücləndirir.                                                                
2. İltihab əleyhinə təsirə malikdir.                                                                                                
3. İmmunitet artırıcı xassəyə malikdir.                                                                                   
Təbii antioksidan olan brokolidən gündə 1 ədəd (30 qr) yeməklə gündəlik C vitamini ehtiyacımızın yarısını ödəyə bilirək. 30 qr ağırlığında 1 ədəd brokoli tərkibindəki qida dəyərinə görə sizi A, C, E, B6, B2, B3 vitaminləri ilə təmin edər və dəmir, kalsium, maqnezium, fosfor və s. maddələrə olan ehtiyacınızı ödəyər.
İstifadəsi də çox asan olan bu təbiət möcüzəsinin istər şorbasını hazırlaya, istər salatlarda istifadə edə, istərsə də 3-5 dəqiqə qaynar suda pörtlədib əsas yeməklə birgə yeyə bilərsiniz.
 
Artıq bu qədər faydalı bir məhsula mətbəximizdə tez-tez yer verməyin zamanı gəldiyini düşünürəm və sizə asan bir şorba reseptini təqdim edirəm.
 
Brokoli Şorbası
Ərzaqlar:
  • 1 baş soğan
  • 500 qr brokoli
  • 1 ədəd kök
  • 1 ədəd kartof
  • 2 su stekanı süd. 
  • 1 y.q. (yemək qaşığı) un
  • 2 y.q. (yemək qaşığı) kərə yağı
  • 2 y.q. (yemək qaşığı) qaymaq (süd kremi)
  • 1 ç.q. (çay qaşığı) duz
  • Duz, İstiot
Hazırlanması:
  • Əvvəlcə bir qazanda  brokolini, soğanı, kökü və kartofu iri doğrayıb, üzərinə çıxana qədər su töküb yumşalana qədər bişiririk. Sonra isə blenderlə əzirik.

    Digər bir qazanda kərə yağında unu qovururuq və 2 stəkan südü əlavə edərək beşamel sousumuzu hazırlayırıq. Əzdiyimiz qarışığı sousun üzərinə əlavə edirik. Duz və istiot töküb vam odda qaynadırıq. Sonda qaymağı töküb daha 1-2 dəqiqə qaynadaraq götürürük. Şorbamız hazırdır.
     
    Nuş olsun.

Comments

comments