Əzraqlar:
3 st un
1 st ilıq süd
4 x.q duru yağ
1 paket quru tez maya
1 ç.q silə duz
Üstü üçün zövqə görə istədiyiniz ərzaqları götürə bilərsiniz.
Hazırlanması:
Unu dərin bir qaba ələyib üstünə mayanı,südü,duzu və yağı əlavə edib yumşaq xəmir yoğururuq.
Xəmiri 1 saat isti yerdə saxlayırıq acıyır. Sonra xəmirdən iki kündə düzəldirik. Kündənin birini gğtürüb diametri 26-28 sm olmaqka əlimizlə ya da oxlovla yayırıq.
Yayılmış xəmirin üstünə mayonüzlə ketçapı sürtürük.
Üstünə sürtgəcdən keçirilmiş pendir səpirik.
Üstünə istədiyimiz ərzaqları yığırıq.
Düzdüyümüz ərzaqların üstünə az duz səpib yenə pendir səpib bişməyə qoyuruq.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.
Digər kündəni də eyni qayda ilə hazırlayıb bişiririk.
Nuş olsun!