Ərzaqlar:

2 st un

2 st su

200 q kərə yağı

8 ədəd yumurta

Bir çimdik duz

Krem üçün:

1 banka qatılaşdırılmış süd

200 q kərə yağə

1 paket vanil

Araları, yanı və üstü üçün:

100-150 q qoz ləpəsi

90-100 q tünd şokolad

25 q kərə yağı

Hazırlanması:

Kremi hazırlamaq üçün əvvəlcə mikserlə yağı çalırıq sonra üstünə vanili və qatılaşdırılmış südü töküb qatılaşanadək mikserlə çalırıq. Krem hazırdır.

Qoz ləpəsini tavada qovururuq.

Sonra yarısını bıçaqla doğrayırıq.

Qazana suyu töküb bir çimdik duz tullayıb ocaqda istidirik. Sonra yağı suyun içinə qoyuruq.

Qaynamağa başlayanda unu bir dəfəyə töküb dayanmadan qarışdırırıq.

Qazı vam oda verib 2-3 dəqiqə dayanmadan qarışdırıb götürürük.

Başqa qaba töküb ilıq olmasını gözləyirik.

Xəmir ilıq olanda yumurtaları bir-bir sındırıb qaşıqla ya da mikserlə çalırıq.


Qaba kağız qoyub xəmiri dörd yerə bölüb bir hissəsini qaba töküb yayırıq. (Qabın diametri 26 sm)

190-200 dərəcə qızdırılmış sobada tam qızaranadək bişiririk. Bu şəkildə qalan üçünü də bişiririk.


Soyuduqdan sonra arasına krem çəkib doğranmış qoz ləpəsindən tökürük.

Növbəti qatları da eyni qayda ilə düzəldirik.

Qoz ləpəsinin yarısını sürtgəcin gözündən keçirib tortun yanına vururuq.

Yağ ilə şokoladı əridib tortun üstünə töküb yayıtıq. (İstədiyiniz şokaladlı qlazurlardan tökə bilərsiniz)

Tortu soyuducuya qoyuruq.1 saat sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments