Ərzaqlar:
Xəmir üçün:
3 stun
2 ədəd yumurta
1x.q duru yağ
1/2 ç.q duz
1 st ilıq su
Bişirmək üçün:
Su və duz
İçlik üçün:
300-350 q toyuq əti
1 ədəd baş soğan
1 ç.q sumax
Duz
Istiot
Üstü üçün:
Zövqə görə nücə istəsəniz hazırlaya bilərsiniz.
2x.q pomidor məti (tomat)
100 q kərə yağı
2 diş sarımsaq
Duz
Istiot
Az su
Hazırlanması:
Xəmir üçün ərzaqları bir qaba töküb qarışdırırıq.
Sonra əlimizlə normal xəmir yoğururuq.
Xəmiri 4 yerə bölüb kündəliyirik.
İçliyi hazırlamaq üçün əti yuyub quruyqlıb ət maşınından iki dəfə soğanla keçiririk. Sonra üstünə duz və istiot töküb zövqə görə sumaq əlavə edib yaxşı qarışdırırıq.
Üstü üçün şirəni hazırlamaq üçün yağı tavada əridib sarımsağı xırda doğrayıb ya da sarımsaq əzəndən keçirib yağda az qovururuq. Sonra üstünə pamidor mətini əlavə edirik. 2-3 dəqiqə qovurub az su töküb duz və istiotunu əlavə edirik . 2-3 dəqiqə qaynadıb götürürük. (Zövqə görə üstünə ketçap, sarımsaqlı qatıq, və s tökə bilərsiniz)
Kündənin birini götürüb un səpib nazik olmayan (az qalın) yuxa yayırıq.
Diametri 3 sm olan dairələr kəsirik.
Kəsilən dairələrin içinə ət qoyub bükürük.
Hamsını bu şəkildə bükdükdən sonra qazanda su qoyub qaynadırıq. Suya duz tökürük. Bükdüyümüz pelemeniləri suya töküb bişirib süzürük.
Qablara yığıb üstünə hazırladığımız şirədən töküb süfrəyə veririk. Yanında sarımsaqlı qatıq qoyuruq.
Nuş olsun!